"Gəncə" daha bir basketbolçu ilə heyətini gücləndirib.
Sportliqa.az xəbər verir ki, ABŞ-dən olan Erik Koups mövsümün sonuna kimi komandanın şərəfini qoruyacaq. Mərkəz hücumçusu mövqeyində oynayan Koups 206 sm boya malikdir. Erik "sarı-göylər"in heyətində 31 nömrəli formanı geyinəcək.
Təcrübəli oyunçu Avropada müxtəlif ölkələrdə çıxış edib. O, Albaniya, Gürcüstan, Rumıniya, Macarıstan, Kosovo və İsraildə oynayıb. Basketbolçunun son klubu "Elitzur Yavne" (İsrail) olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az