Azərbaycan yığmasının üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" 2-ci Bundesliqada 8-ci tur oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, komanda evdə "Bohum"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Mahir Emreli bu matç üçün iştirak ərizəsində yer almayıb. 27 yaşlı hücumçu əvvəlki 4 görüşdə də baş məşqçi Torsten Liberknextin qərarı ilə sifariş vərəqinə daxil edilməmişdi.
Xatırladaq ki, M.Emreli bu yay "Kayzerslautern"ə transfer olunub. O, hazırkı mövsümdə cəmi 3 bundesliqa oyununda meydana çıxıb və qol vura bilməyib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az