Azərbaycan Basketbol Liqasında I tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, son olaraq “Ordu” “Naxçıvan”la üz-üzə gəlib.
Bakı İdman Sarayındakı qarşılaşma “Ordu”nun qələbəsi ilə yekunlaşıb – 79:69.
Daha əvvəl “Sabah” “Neftçi”ni (86:75), “Abşeron Lions” “Şəki”ni (91:80), “Gəncə” NTD-ni (90:85), “Lənkəran” “Sumqayıt”ı (93:82), “Quba” “Sərhədçi”ni (98:76) məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az