Türkiyə Super Liqasında daha bir baş məşqçi ayrılığı yaşanıb.
Sportliqa.az xəbər verir ki, “Eyüpspor” çalışdırıcısı Selçuk Şahinlə yollarını ayırıb.
Məlumatda, 44 yaşlı mütəxəssisin Super Liqanın 8-ci turunda “Kocaelispor”la oyundan sonra rəhbərliyə istefa ərizəsini təqdim etdiyi və qərarın qəbul olunduğu bildirilib.
Qeyd edək ki, Selçuk Şahin mövsümün əvvəlində “Eyüpspor”un baş məşqçisi təyin edilmişdi. İstanbul təmsilçisi hazırda 8 turdan sonra 5 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az