Rusiyalı qapıçı Andrey Lunyovu transfer edən "Qarabağ" Şahruddin Məhəmmədəliyevlə yollarını ayırdı. Bu dəyişikliklər Ağdam təmsilçisinə necə təsir edəcək, Şahruddinin "Adana Demirspor"a keçidi geriyə atılmış addımdırmı?
Sportliqa.az saytı olaraq bu suallarla bağlı qapıçı məşqçisi Etibar Tarverdiyevlə əlaqə saxladıq. Təcrübəli mütəxəssis millimizin üzvünün Super Liqa təmsilçisinə keçməsinin geriyə doğru addım olmadığını bildirdi:
"Şahruddinin "Adana Demirspor"a getməsi geriyə atılmış addım deyil. Yaxşı bə perspektivli seçimdir. Ona Türkiyədəki karyerasında uğurlar arzulayıram. Andrey Lunyovun "Qarabağ"dakı perspektivinə gəlincə isə, bunu zaman göstərəcək. Onu da qeyd edəm ki, rusiyalı qapıçı "Qəbələ" ilə matçda çox xoş təsir bağışladı. Təcrübəli qolkiperdir. Ümid edirəm ki, "Qarabağ"da özünü yaxşı tərəfdən göstərəcək".
Şahin Oğuz