Azərbaycan təmsilçisi “Sabah” basketbol klubu bu gün Çempionlar Liqasında mübarizəyə başlayır.
Sportliqa.az xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxacaq.
Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.
Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.