Ayxan Abbasovun Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasından sonra yığmanın məşqçilər korpusunda dəyişiklik baş verib.
Sportliqa.az-ın məlumatına görə, bir neçə ildir millinin qapıçılar üzrə məşqçisi olan Kamran Ağayevə yol görünüb.
39 yaşlı mütəxəssis artıq Azərbaycan yığmasında bu vəzifəni yerinə yetirməyəcək.
Qeyd edək ki, Ağayev 2022-ci ildən bəri millinin qapıçılar üzrə məşqçisi idi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az