“Sabah” basketbol komandasından Çempionlar Liqasına məğlubiyyətlə start
“Sabah” basketbol klubu ötən gün Çempionlar Liqasında mübarizəyə başlayıb.
Sportliqa.az xəbər verir ki, litvalı Rimas Kurtinaytisın baş məşqçisi olduğu komanda B qrupunun 1-ci tur oyununa çıxıb.
Azərbaycan çempionu Çexiyada yerli “Nimburk” klubunun qonağı olub. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 93:65.
Bu qrupun digər oyunu Almaniyanın “Alba” və Fransanın “Elan Şalon” komandaları arasında sabah keçiriləcək.
“Sabah” ikinci oyunu oktyabrın 15-də Bakıda “Alba”ya qarşı olacaq.