Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarına yekun vurulub.
Sportliqa.az xəbər verir ki, 10 çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar.
Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) – gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.