Azərbaycan milli komandasının oktyabrın 10-da Fransa yığması ilə Parisdə keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.
Sportliqa.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Park de Prens” stadionunda təşkil olunacaq görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək:
Matçın baş hakimi Rohit Saqqi olacaq. Ona yan xətdə Yorgen Ronninq Valstadsve və Ole Andreas Haukasen kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Higraff yerinə yetirəcək. VAR-da Tom Harald Hagen, AVAR-da Siqurd Krinqstad olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az