"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə edib
Misli Premyer Liqası təmsilçilərindən “Kəpəz” bu gün iki yoxlama oyunu keçirib.
Sportliqa.az xəbər verir ki, Gəncə təmsilçisi əvvəlcə Azərbaycanın U-19 yığması, daha sonra isə 1-ci liqa klubu “Gəncəbasar”lə qarşılaşıb.
İlk oyunda tərəflər 2:2 hesablı heç-heçə edib. “Kəpəz”ın heyətində Turqut Mustafazadə və Şakir Seyidov fərqləniblər.
“Gəncəbasar”lə matç isə 1:1 hesabı ilə başa çatıb. Gəncə klubunun yeganə qolunu Namiq Ələsgərov vurub.
Hər iki qarşılaşma Gəncə Şəhər Stadionunun ehtiyat meydançasında keçirilib.