Mirməcid İsmayılov iki illik aradan sonra yenidən “Gəncə”yə qayıdıb.
Sportliqa.az xəbər verir ki, Gəncə basketbol məktəbinin yetirməsi ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
20 yaşlı basketbolçu hücumçu mövqeyində oynayır. 195 sm boya malik İsmayılov ötən mövsüm "Lənkəran" və "Şəki"də çıxış edib.
Mirməcid yeni komandasında 9 nömrəli formanı geyinəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az