Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, D qrupunda yer alan komandamız Parisdə Fransa yığmasının qonağı olacaq. “Park de Prens” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Norveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
10 oktyabr
Fransa - Azərbaycan “Park de Prens” stadionu.
Saat 22:45
Baş hakim: Rohit Saqqi Baş hakimin köməkçiləri: Yorgen Ronninq Valstadsve, Ole Andreas Haukasen Dördüncü hakim: Daniel Higraff