
"Matça yaxşı başladıq. Rəqibə çox ribaund şansı verdik və fiziki planda hazır olmamağımız səbəbindən uduzduq".
Sportliqa.az xəbər verir ki, bu sözləri "Şəki"nin baş məşqçisi Bedri Meriç Azərbaycan Basketbol Liqasının II turunda "Neftçi"yə 62:95 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Türkiyəli mütəxəssis bildirib ki, 25 gündür hazırlıq üçün hər gün Qaxa gedir: "Bu da bizi çox yorur və fizikamıza təsir edir. Bir an öncə Şəkidəki zalımıza geri dönməliyik".
Baş məşqçi təqvimdən də narazılığını dilə gətirib: "Təqvimdə ilk 3 rəqibimiz avrokubok oynayan komandalardır. Bizim düşündüyümüz ən pis ssenaridir. Dünyada bu cür çətin təqvimin hansısa komandanın başına gəldiyini düşünmürəm. “Neftçi” 48 sərbəst atış etdi. Fiziki cəhətdən zəif olduğumuz vaxtda hakimlərin “Neftçi”nin xeyrinə faullar verməsindən sonra qələbə qazanmaq şansımız yox idi. Biz cəmi 14 sərbəst atış etmişik. Arada dağlar qədər fərq var. Bu, normal statistika deyil”
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.