U-17 millimiz İsrail səfərində
11 Oktyabr 2025 13:31
Bu gün Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, komandamız İsrailin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Fransanın Sen-Pol-le-Daks şəhərindəki "Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
Bu qrupun digər oyununda Rumıniya Fransa ilə üz-üzə gələcək.
Qeyd edək ki, millimiz ilk görüşündə Fransaya 0:8 hesabı ilə uduzub.
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
"Park de Sport" stadionu, Sen-Pol-le-Daks