
Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Özbəkistanda təlim-məşq toplanışı keçəcək.
Sportliqa.az xəbər verir ki, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.
Oktyabrın 12-dən başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər. Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.
Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin, Rusiyanın iki heyəti ilə məşq keçəcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.