
Azərbaycan Basketbol Liqasının 2-ci turuna yekun vurulub.
Sportliqa.az xəbər verir ki, günün ikinci oyununda “Naxçıvan” “Sumqayıt”la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 103:89.
Günün ilk matçında “Sərhədçi” “Lənkəran”dan üstün olub – 84:70.
Turun əvvəlki oyunlarında “Neftçi” “Şəki”yə (92:68), “Ordu” “Quba”ya (96:68), “Abşeron Lions” “Gəncə”yə (96:94), “Sabah” isə NTD-yə (133:65) qalib gəlib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.