
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, B qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüşdə bol qollu heç-heçə qeydə alınb - 3:3. Matçı Qazaxıstandan olan hakimlər briqadası idarə edib.
Qeyd edək ki, millimiz bunadək səfərdə Portuqaliya və Çexiyaya eyni hesabla - 0:5 uduzub, Bakıda Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.
14 oktyabr
19:00.Azərbaycan (U-21) - Şotlandiya (U-21) - 3:3
Qollar: Xəyal Əliyev, 7, 49-pen; Şahin İbrahimov, 79 - Devid Uotson, 33, Lyuk Qrem, 44, Semuel Klipp Hardinq, 90+1
Baş hakim: Sayat Karabayev
“Dalğa Arena”
20:00. Bolqarıstan (U-21) - Çexiya (U-21)
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.