
Azərbaycanın basketbol klubları avrokuboklarda növbəti oyunlarını keçiriblər.
Sportliqa.az xəbər verir ki, "Sabah" FİBA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma rəqibin qələbəsilə yelunlaşıb - 75:86.
"Neftçi" isə Avropa Kubokunun əsas mərhələsi çərçivəsində Polşada "Trefl"ə uduzub - 62:93.
Avrokuboklarda digər təmsilçimiz "Abşeron Lions"un qrupda ilk görüşü bu gün Bakıda Estoniya təmsilçisi "Kalev"ə qarşı olacaq.
Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da start götürəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.