AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Sportliqa.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının əsas mərhələsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.