
Azərbaycan 1-ci Liqasında 6-cı tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, bu gün üç oyun baş tutub.
Turun mərkəzi matçı “Şəfa” ilə “Səbail” arasında olub. Liderlərin dueli “sülh”lə yekunlaşıb. “Şəfa” 16 xalla liderdir. “Səbail” isə onlardan 2 xal geri qalır.
Digər matçlarda “Cəbrayıl” “Şahdağ Qusar”a, “Mingəçevir” isə “Zaqatala”ya qalib gəlib.
1-ci Liqa, 6-cı tur
“Şəfa” – “Səbail” 2:2
Qollar: E.Cəfərov, 11, N.Əliyev, 45+2 – E.Rüstəmov, 25, K.Quliyev, 30.
“Zaqatala” – “Mingəçevir” 2:3
Qollar: R.Şabanov, 24 (pen), K.Kazımov, 43 – K.Kalunqa, 7, 73, S.Abdullayev, 30.
“Cəbrayıl” – “Şahdağ Qusar” 3:1
Qollar: B.Soltanov, 4, S.Hüseynli, 39, D.Açimi, 47 – S.Ağalarov, 67.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.