Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, Türkiyə klublarından "Samsunspor" öz meydanında Ukrayna təmsilçisi "Dinamo" ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0
"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Şelbrun" (İrlandiya) Ağdam klubunun 3-cü mərhələdə üstün olduğu "Şkendiya"nın (Şimali Makedoniya) qonağı olub. Bu qarşılaşmada da meydan sahibləri üstün olub - 1:0