Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında yunan-Roma güləşi üzrə yarış yekunlaşıb.
Sportliqa.az xəbər verir ki, millimiz 2 qızıl və 1 bürünc medal qazanıb və 93 xalla komanda hesabında dünya üçüncüsü olub.
Yığmamız medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Komandamız yalnız İran (143) və Ukraynadan (96) geri qalıb.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında DÇ-yə qatılan heyətdə Elmir Əliyevlə (55 kq) Ziya Babaşov (63 kq) dünya çempionu olub. Ruslan Nurullayev (72 kq) isə üçüncü yeri tutub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.