Serbiyanın Novi Sad şəhərində U23 dünya çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, yarışın 6-cı günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Bu gün 18 yaşı tamam olan Günay Qurbanova (59 kq) millini medalsız qoymayıb. Perpsektivli güləşçimiz italiyalı Aurora Russoya “tuş”la qalib gələrək dünya üçüncüsü olub.
İki sərbəst güləşçimiz isə fəxri kürsüyə qalxmaq şansını əldən verib. Maqomed-Başir Xaniyev (74 kq) medalın bir addımlığında almaniyalı Manuel Vaqinə (4:8), Sadiq Mustafazadə (92 kq) isə təsəlliverici görüşdə özbəkistanlı Şirzad Poyonova (tuş) məğlub olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az