"Bayer"in baş məşqçisi Xabi Alonso adının İspaniya nəhəngi "Real"la hallanmasına münasibət bildirib.
Sportliqa.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunu deyib: "Real"ı çalışdırmaq? Bu, olduqca erkəndir. Hələ sentyabr ayı bitməyib. Mən tamamilə "Bayer"ə köklənmişəm".
Qeyd edək ki, Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la birlikdə H qrupunda qərarlaşıb. 44 yaşlı mütəxəssis 2022-ci ildən "Bayer"in baş məşqçisidir.