"Monako”nun yarımmüdafiəçisi Pol Poqba yenidən zədələnib.
Sportliqa.az xəbər verir ki, bu barədə “Knyazlıq klubu”nun baş məşqçisi Sebastian Pokonoli bildirib.
Onun sözlərinə görə, təcrübəli yarımmüdafiəçi cümə axşamı məşqdə xəsarət alıb və komandasının bugünkü hazırlıq prosesinə qatılmayıb. Bu səbəbdən də Poqba 14-cü turda “Paris”ə qarşı keçiriləcək görüşdə komandasına kömək edə bilməyəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.