UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən "Qarabağ" – "Çelsi" matçından (2:2) sonra London təmsilçisinin sağ cinah müdafiəçisi Ris Ceyms jurnalistlərə müsahibə verib.
Sportliqa.az həmin müsahibəni diqqətinizə çatdırır.
– Oyunla bağlı təəssüratların nələrdir?
– Bu, çox məyusedicidir. Biz buraya qələbə, 3 xal üçün gəlmişdik, məqsədimiz məlum idi. Oyuna da yaxşı başladıq, erkən üstünlük qazandıq, amma bu üstünlüyü qoruya bilməmək bizi çox məyus edir.
– Erkən qol vurduz, daha sonra "Qarabağ" 2 qol vuraraq önə keçdi. Bu barədə nə deyə bilərsən?
– Yenə deyirəm, oyuna yaxşı başladıq, amma ardınca bir az diqqəti itirdik. 2 qol buraxmağımız heç də yaxşı olmadı. Penaltiyə səbəb olduq və bir qolu, demək olar ki, özümüz onlara hədiyyə etdik. "Qarabağ"ın ilk qolu momentumu dəyişdi, bu, aydın idi. Oyuna nəzarətini itirdik və matçın sonlarına doğru istədiyimiz səviyyədə reaksiya verə bilmədik. Əslində, son dəqiqələrdə qalib gəlmək üçün şanslarımız var idi, amma onları dəyərləndirə bilmədik.
– Dedin ki, qollar öz səhvinizdən oldu. Bu, nəyə görə baş verdi? Konsentrasiya, yoxsa taktiki uyğunlaşma, problem nə idi?
– Düşünürəm ki, hər ikisi bir az rol oynadı. Biz bəzi vəziyyətlərə kifayət qədər tez reaksiya verə bilmədik. Qollar bizim səhlənkarlığımızdan gəldi və bu, kollektiv şəkildə üzərində işləməli olduğumuz bir məsələdir.
– Belə nəticədən sonra komandaya nə mesaj vermək istərdin?
– Biz yalnız özümüzü günahlandıra bilərik. 3 xalı qazanmaq üçün kifayət qədər mübarizə apardıq, amma son toxunuşlar çatmadı. Bu oyundan dərs çıxarmalıyıq və növbəti matçlarda belə səhvlərə imkan verməməliyik.
Murad Ağazadə
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.