Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər intensiv məşqləri davam etdirir.
Sportliqa.az xəbər verir ki, qadınlardan ibarət milli U-23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.
Digər yığmalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son hazırlıqları keçir.
Təlim-məşq toplanışında ölkə xaricindən gəlmiş komandalar da iştirak edir. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzairdən olan həmkarlarıyla birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.
Sərbəst güləşdə isə daha çox komanda – Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birgə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.
Hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilər Ər-Riyada yollanacaq. İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada 1-ci dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.