"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan "Ayaks" yeni baş məşqçi təyinatına yaxındır.
Sportliqa.az xəbər verir ki, Niderland təmsilçisini "Volfsburq"un keçmiş baş məşqçisi Paul Simonis çalışdıra bilər. Artıq klubun texniki direktoru Aleks Kroos 40 yaşlı mütəxəssislə danışıqlara başlayıb.
"Qarabağ"la "Ayaks" arasında Çempionlar Liqasının 6-cı turunun görüşü isə dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.