Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Pressing.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Xorvatiya – Farer adaları matçının baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Portuqaliyalı Tiaqo Martins VAR, onun həmyerlisi Bruno Esteves isə AVAR kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 14-də Riyeka şəhərinin eyniadlı stadionunda keçiriləcək.
Xatırladaq ki, Əliyar Ağayev ötən həftə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə) (0:3) matçını idarə etmişdi.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.