Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvares UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportliqa.az xəbər verir ki, bu barədə turnirin rəsmi X (keçmiş “Twitter”) hesabında məlumat paylaşıb. Argentinalı futbolçu turnirdə keçirdiyi ilk 30 oyunda 17 qol vurub. Bu göstərici Çempionlar Liqasının tarixi üçün rekord sayılır.
Əvvəlki rekord 30 oyunda 16 qol ilə Lionel Messiyə məxsus idi. Bu göstəriciyə o, “Barselona” və PSJ-də çıxış etdiyi dövrdə nail olmuşdu. Siyahının üçüncü pilləsində isə “Atletiko” və “Mançester Siti”də çıxış etmiş Serxio Aquero (14 qol) yer alır. Onu 13 qolla Ernan Krespo (“Latsio”, “İnter”, “Milan”, “Çelsi” və s.) və Lisandro Lopes (“Portu”, “Lion”) izləyirlər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.