Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qalib gəldikləri (4:0) oyundan sonra Azərbaycanla Bakıda keçiriləcək matça da toxunub.
Sportliqa.az xəbər verir ki, o, mətbuat konfransında deyib ki, Azərbaycan səfəri komandası üçün asan olmayacaq:
"Bu matça hörmətlə yanaşmalıyıq, amma sizdən gizlətmirəm ki, bu, cəmi üç günlük istirahətlə uzun səfərdir. Qarşımızda üç saatlıq vaxt fərqi ilə uzun bir səyahət var. Bəzi futbolçular çox oynayıb. Səfərə kimin gedəcəyini hələ deməyəcəm".
Deşam həmçinin əlavə edib ki, əzələ problemləri yaşayan Eduardo Kamavinqa və cəzalı durumda olan Manu Kone Bakıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, Azərbaycan - Fransa görüşü noyabrın 16-da Tofiq Bəhramov adına Respublikda Stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.