AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Azərbaycanın U-15 millisinin futbolçuları üçün “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.
Bu barədə Sportliqa.az-a qurumun mətbuat xidmətindən bildirilib.
Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan tədbirin həyata keçməsində məqsəd uşaqların və yeniyetmələrin futbol mühitində təhlükəsizliyini təmin etmək, zorakılıq və sui-istifadə hallarının qarşısını almaq, eləcə də etik davranış və inklüzivlik prinsiplərini təşviq etməkdir.
Seminara layihənin mentoru və layihə əsaslı öyrənmə üzrə ekspert Ofeliya Qafarova rəhbərlik edib. O, futbolçularla uşaq hüquqlarının qorunması, təhlükəsiz idman mühiti, komanda daxilində hörmət və məsuliyyətli davranış haqqında interaktiv formada söhbətlər aparıb.
Tədbir praktiki və interaktiv üsullarla təşkil olunub. İştirakçılar situasiyalı tapşırıqlar, qrup müzakirələri, oyun əsaslı fəaliyyətlər və onlayn viktorina (quiz) vasitəsilə mövzunu daha dərindən öyrəniblər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.