AFFA-da daxili nəzarəti gücləndirmək məqsədilə yeni təşəbbüs qrupu fəaliyyətə başlayıb.
Qrupun əsas vəzifəsi federasiyanın inzibati binasında gizli monitorinq aparmaq, daxili kodeksə zidd ola biləcək məqamları — foto, video və səs yazılarını qeydə alaraq İnsan Resursları departamentinə təqdim etməkdir.
Sportliqa.az-ın əldə etdiyi məlumata görə, təşəbbüs qrupu xüsusilə nahar fasiləsindən sonra mürgüləyən əməkdaşların görüntülərini qeydə almaqda aktivdir. Mənbə iddia edir ki, qrupun yaradılmasında məqsəd həm əməkdaşların iş intizamını artırmaq, həm də müəyyən imtiyazlardan yararlanmaqdır.
Federasiya daxilində bu fəaliyyət birmənalı qarşılanmır. Bəzi əməkdaşlar təşəbbüs qrupunun üzvlərini “El clon” serialındakı iki obrazın — Doktor Albiyeri və Xanım Xura adları ilə kodlaşdırırlar. İşçilər bir-birilərini mümkün “təhlükə” barədə xəbərdar etmək üçün məhz bu kod adlardan istifadə edirlər.
Sportliqa.az
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.