Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxacaq.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:00-da başlayacaq. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Millimiz bu oyuna itkilərlə çıxacaq. Yüksək hərarət səbəbindən komandanın heyətindən çıxarılan, İslandiya ilə matçı da buraxan Elvin Cəfərquliyevlə yanaşı, zədələnən Toral Bayramov da oyunda iştirak edə bilməyəcək. Fransa millisindən isə Kilian Mbappe, Eduardo Kamavinqa və Manu Kone meydana çıxmayacaqlar. Onlar Bakıya gəlməyiblər.
Azərbaycan yığması 4-cü tur çərçivəsində Fransa millisi ilə Parisdə - "Park de Prens" stadionunda qarşılaşıb ə 0:3 hesabı ilə uduzub.
Həmçinin yığmamız seçmə mərhələdə İslandiyaya 2 dəfə məğlub olub (0:5, 0:2), Ukrayna ilə görüşlərdə 1 dəfə heç-heçə edib (1:1) və 1 dəfə yenilib (1:2).
Hazırda D qrupunda Fransa 13 xalla liderdir. Didye Deşamın komandası artıq mundiala vəsiqəni təmin edib. İslandiya 7 xalla 2-ci, eyni xalı olan Ukrayna 3-cü, 1 xala malik Azərbaycan isə 4-cüdür.
DÇ-2026-nın seçmə mərhələsi
16 noyabr
D qrupu
21:00. Azərbaycan - Fransa
Hakimlər: Andris Treimanis, Haralds Gudermanis, Aleksey Spasennikovs, Vitalis Spasyoņņikovs (Latviya)
VAR: Kley Ruperti (Niderland)
AVAR: Kristaps Ratnieks (Latviya)
21:00. Ukrayna - İslandiya
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.