Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşü 30 min tamaşaçı izləyib.
Oyunda hesabı Azərbaycan millisi açsa da, Fransa sonradan 3 qol vurmağı bacarıb - 1:3.
Beləliklə, Azərbaycan millisi seçmə mərhələni məğlubiyyət və 1 xalla başa vurub.
Fransa qrup birincisi kimi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb. Qrupda ikinci yeri son turda İslandiyaya qalib gələn (2:0) Ukrayna tutub. Onlar mundial üçün pley-off-da yarışmaq hüququ əldə ediblər.