Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) turnirdə finalına vəsiqə qazanıb.
O, yarımfinalda misirli Mohamed Abdelrehimə 4:1 hesabı ilə qalib gəlib.
Nihat Məmmədli (60 kq) 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə uduzub (0:3), İslam Abbasov (87 kq) 1/4 finalda iranlı Qulamreza Faroxisencaniyə məğlub olub (0:3).
Ülvü Qənizadə 1/8 finalda iranlı Amir Abdiyə yenilsə (0:9) də, rəqibi finala vəsiqə qazandığı üçün təsəlliverici görüşdə iştirak edəcək.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.