DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində sonuncu oyunları keçirilib.
Sportliqa.az xəbər verir ki, B, C, E, H, J qruplarında ümumilikdə 10 qarşılaşma keçirilib.
Türkiyə yığması səfərdə İspaniyanın qonağı olub. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. İsveç millisi evdə Sloveniya yığması ilə heç-heçə edib. Şotlandiya yığması Danimarka millisini yenib.
DÇ-2026-nın seçmə mərhələsi
18 noyabr
B qrupu
İsveç – Sloveniya 1:1
Qollar: Lundqren, 87 – Elsnik, 64.
Kosovo – İsveçrə 1:1
Qollar: Musliya, 74 – Varqas, 47.
Xallar: İsveçrə – 14. Kosovo – 11. Sloveniya – 4. İsveç – 2.