Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi!
19 Noyabr 2025 14:49
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) turnirdə finala çıxıb.
O, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edib.
M.Əhmədiyev yarımfinalda isə Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.