Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan 6-cı İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
Sportliqa.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.
Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu – 22:15.
Yığma çempionluq titulunu qoruyub. Millimiz 2017 və 2022-ci illərdə də İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.