Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.
Sportliqa.az xəbər verir ki, Bu gün Misli Premyer Liqasında 12-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə iki görüş keçirilib.
Günün ilk görüşü Masazırda olub. Burada "Sabah" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Komandaların ilk dövrədə Şamaxıda keçirilən oyununda isə "Sabah" 2:1 hesabı ilə qalib gəlmişdi.
Digər görüşdə "Neftçi" "İmişli"ni qəbul edib. Qarşılaşma qonaqların 2:3 hesablı qələbəsi ilə başa çatıb. İlk dövrədə keçirilən "İmişli" - "Neftçi" matçında isə qapılara qol vurulmayıb - 0:0.