"Kristal Pelas"ın hücumçusu Jan-Filipp Mateta karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Tealtalk" məlumat yayıb.
"Milan" fransalı hücumçunu transfer etmək istəyir. "Rossonerilər" yanvar ayında 28 yaşlı forvardı heyətinə qatmağa çalışacaq. İngiltərə klubu istədiyi təklifi alsa. təcrübəli futbolçunun gedişinə mane olmayacaq.
Qeyd edək ki, Jan-Filipp Mateta bu mövsüm "Kristal Pelas"ın heyətində keçirdiyi 20 oyunda 8 qol vurub, 1 qol ötürməsi edib. Onun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.