UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxıb. Ağdam təmsilçisi səfərdə “Napoli”nin qonağı olub.
Oyun İtaliya klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" bunadək “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3).
“Napoli” isə səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb.
Hazırda "Qarabağ" 7 xalla 16-cı pillədə qərarlaşıb. Eyni xalı olan "Napoli" isə 18-cidir.