Azərbaycanlı nazir İtaliyada “Qarabağ”ın oyununa getdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli” - "Qarabağ" matçını stadiondan izləyib.
Sportliqa.az xəbər verir ki, fəxri qonaq matç başa çatdıqdan sonra Ağdam klubunun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.
C.Bayramov komandanın son illərdəki inkişaf dinamikasını xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.
Ceyhun Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.
Qeyd edək ki, nazir həmçinin "Napoli" klubunun prezidenti Aurelio De Laurentislə görüşdə də iştirak edib.