Mbappedən Çempionlar Liqasında rekord
"Real"ın hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixində səfər oyunlarında ən çox het-trik edən (4) futbolçu olub.
Sportliqa.az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Olimpiakos" üzərində səfərdə 3:4 hesablı qələbə qazanılan oyunda fransız hücumçu 4 qol vurub.
Mbappe cari mövsüm 9 qol vuraraq özünün Çempionlar Liqasındakı qol rekordunu da qırıb. Onun əvvəlki Çempionlar Liqasındakı ən yaxşı qol sayı 8 olub. Bu, PSJ-nin heyətində 2020/21 və 2023/24 mövsümündə baş verib.
Qeyd edək ki, "Real" hazırda Çempionlar Liqasının turnir cədvəlində 12 xalla beşinci yerdədir. Komanda növbəti turda "Mançester Siti" ilə qarşılaşacaq.