"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox "blok" edən futbolçular arasında qərarlaşıb.
Sportliqa.az xəbər verir ki, 28 yaşlı oyunçu geridə qalan 5 tur ərzində 8 dəfə rəqib zərbəsinin qarşısını alıb.
O, bu göstəricidə yalnız Kipr "Pafos"unun müdafiəçisi David Luizdən geri qalır. Braziliyalı ulduz futbolçunun 12 "blok"u var.
Qeyd edək ki, Bəhlul Mustafazadə "Qarabağ"ın Çempionlar Liqasında keçirdiyi 5 oyunun hamısında iştirak edib. (prosport)
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az