Braziliyanın “Flamenqo” klubu 4-cü dəfə Libertadores kubokunu qazanıb.
Sportliqa.az qol.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın sabiq forvardı Olavio Juninyonun çıxış etdiyi komanda Perunun Lima şəhərindəki “Estadio Monumental” stadionunda keçirilən final oyununda “Palmeyras”a (Braziliya) 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 67-ci dəqiqədə Danilo vurub. Juninyo meydana 84-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, “Flamenqo” 1981, 2019 və 2022-ci illərdə də bu kuboka sahib çıxıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.