Türkiyə 1-ci Liqasında 7-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" öz meydanında "Şanlıurfaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.
Bəxtiyar da bu görüşün iştirakçısı olub. 31 yaşlı mərkəz müdafiəçisi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
7 turdan sonra 4 xal toplayan "Tuzlaspor" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.