19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
Sportliqa.az xəbər verir ki, B Liqasının V qrupunda yer alan komandamızın rəqibi Gürcüstan futbolçuları olacaq.
Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukuş" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Xatırladaq ki, yığmamız daha əvvəl qrupda çıxdığı matçlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) məğlub olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az