"Mançester Yunayted" "Bornmut"un futbolçusu Antuan Semenyonu transfer etmək istəyir.
Sportliqa.az xəbər verir ki, bu barədə "Times" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" qanalı vingeri yanvar ayında heyətinə qatmağı planlaşdırır. Premyer Liqa nəhənggi 25 yaşlı oyunçu üçün 65 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, Antuan Semenyo bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 13 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.